Пятница, 19/04/2024, 01:26
Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS

102 SCHOOL

Menyu
Statistika
Giriş forması
Koordinatlar :
Ünvan:Azərbaycan, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi- 73
Tel: 5614517


Bakı şəhəri Binəqədi rayonu

M.X.Axundzadə adına 102 №-li tam orta məktəb haqqında

məlumat

 

Binəqədi rayonu 102 №-li orta məktəb 1963-cü ildə , əməkdar müəllim, Böyük Vətən Müharibasi iştirakçısı, hazırda Prezident Təqaüdçüsü Qaçay Məmməd oğlu Məmmədovun rəhbərliyi altında inşa edilmişdir. 1964-cu ildən Qaçay Məmməd oğlu Məmmədov 102 №-li orta məktəbin direktoru vəzifəsində çalışmış, 2008-ci ildən Prezident Təqaüdünə çıxmışdır.  1996-cı ildən 102 №-li orta məktəb uzun illər Şuşada fəaliyyət göstərən tanınmış pedaqoq Mirzə Xosrov Axundzadənin adını daşıyır.


102 №-li orta məktəb 1964-cü ildən rus məktəbi kimi , 1965-ci ildən isə rus- Azərbaycan məktəbi kimi , 1978-ci ildə 920 yerlik məktəbdə 2150 şagirdlə məktəb üç növbədə işləmiş , 1979-cu ildə Azərbaycan bölməsində təhsil alan 960 şagird yeni inşa edilmiş 3 №-li orta məktəbə verilmiş, həmin ildən rus məktəbi kimi, 1988/1989-cu ildən isə rus – Azərbaycan məktəbi kimi fəaliyyət göstərmişdir.

            

M.X.Axundzadə adına 102 №-li orta məktəb öz ənənələrinə görə Respublika miqyasında tanınmış məktəblərdən olmuş, tələbə qəbuluna görə hər il Binəqədi rayonu üzrə birinci yerə layiq görülmüşdür. Tələbə adını qazanan şagirdlərdən Prezident təqaüdünə layiq görülən məzunlarımız da olmuşdur. Ali məktəbi bitirmiş məktəbin məzunlarından Respublikada tanınmış şəxsləri Azərbaycan Respublikası Milli Məclisinin Deputatı , Sosial Müdafiə Nazirinin müavini, Hüquq Muhafizə orqanlarında, Prokrorluğunda və digər vəzifələrdə çalışırlar.

 

 

          Məktəbin direktoru:                         M.H.İsmayılova
Azərbaycan təhsili