Menyu
Statistika
Koordinatlar :
|
Bakı
şəhəri Binəqədi rayonu M.X.Axundzadə
adına 102 №-li tam orta məktəb haqqında məlumat Binəqədi rayonu 102 №-li orta məktəb 1963-cü ildə , əməkdar müəllim,
Böyük Vətən Müharibasi iştirakçısı, hazırda Prezident Təqaüdçüsü Qaçay Məmməd
oğlu Məmmədovun rəhbərliyi altında inşa edilmişdir. 1964-cu ildən Qaçay Məmməd
oğlu Məmmədov 102 №-li orta məktəbin direktoru vəzifəsində çalışmış, 2008-ci
ildən Prezident Təqaüdünə çıxmışdır. 1996-cı ildən 102 №-li orta məktəb
uzun illər Şuşada fəaliyyət göstərən tanınmış pedaqoq Mirzə Xosrov Axundzadənin
adını daşıyır. 102 №-li orta məktəb 1964-cü ildən rus məktəbi kimi , 1965-ci ildən
isə rus- Azərbaycan məktəbi kimi , 1978-ci ildə 920 yerlik məktəbdə 2150
şagirdlə məktəb üç növbədə işləmiş , 1979-cu ildə Azərbaycan bölməsində təhsil
alan 960 şagird yeni inşa edilmiş 3 №-li orta məktəbə verilmiş, həmin ildən rus
məktəbi kimi, 1988/1989-cu ildən isə rus – Azərbaycan məktəbi kimi fəaliyyət
göstərmişdir. M.X.Axundzadə adına 102 №-li orta məktəb öz ənənələrinə görə
Respublika miqyasında tanınmış məktəblərdən olmuş, tələbə qəbuluna görə hər il
Binəqədi rayonu üzrə birinci yerə layiq görülmüşdür. Tələbə adını qazanan
şagirdlərdən Prezident təqaüdünə layiq görülən məzunlarımız da olmuşdur. Ali
məktəbi bitirmiş məktəbin məzunlarından Respublikada tanınmış şəxsləri
Azərbaycan Respublikası Milli Məclisinin Deputatı , Sosial Müdafiə Nazirinin
müavini, Hüquq Muhafizə orqanlarında, Prokrorluğunda və digər vəzifələrdə
çalışırlar. Məktəbin
direktoru: M.H.İsmayılova
|
Azərbaycan təhsili
|